Həmid Arğış
otağın ışıqı yalnız masa üstündə olan mutaliə lampasından idi. lampadan süzən ışıqda, otaqın üç tərəfində qəfəsələnmiş nazik qalın kitabların yalnız qaraltıları görünürdü.
Masa ardında bir səndəl üstə oturmuş və ələrinə söykənmiş anarın üzü, çıraq dan şaxan altın saçaqlar qarşısında sarılıq tutmuş adamlar kimi nəzərə qəlirdi... gözləri otağın iki taylı pəncərəsinə zillənmişdi...
Çoxdan idi masa üstündə ki çay istikanından buğ həlqələnmirdi.
Mütaliə lampanın yanında neçə bir dərəcəli məktəb üçün dərslik kitab görünürdü...otağın eşikdə qalxan buludların şaqıldısı pozdu. Anar otağının ağır havasın dışarı verib, başının tuklərini ələrinə surtdu...
- şam yiyəcəksən mi ?
Otağın eşiyindən qalxdı o səs... ağzın açıb bir zad demək istədi, lakin otağın sükutu pozulmadı... başın buladı... eşikdə yağış şirəboran yağırdı...
Otağın çırağını yandıranda qaranlıq mütaliə lampasının dövrəsində boğuldu. ağır ağır pəncərəyə sarı doğru getdi. Eşiyi görməyə zilləndi... yağışın iri dənələri şüşə üstündə aşağıya sarı axırdılar. Otağın çıraği şüşədə əks edilirdi...
Şəkilin şüşədə gördü... qılıqını elə pozğun görməmişdi. pəncərəyə dəyən yağmur dumurcuqları, şüşəyə münəkis olunmuş anarın şəkilində gözlərində yanaqlarına axırdı və ordan ənginə...
Gözlərin sildi. lakin şüşədə su axırdı gözlərindən hələ... otaqın vəsayətləri şüşədə aydın görünürdü... kitab qəfəsələri, 1325- ci ili təda`i edərkən ərk qalası üstə savaşlardan keçdiyi tablo, otaqının tavanından asılı olan közərmə lampa...
indi yağışın şüşəyə dəyməsin daha qörmürdü... gözləri şüşədə münəkis olmuş çıraqına zillənmişdi...
* * *
Salonda neçə ləhzə, qapı arxasında susqun dayandı. kilasdan qələn uşaqların qulub- danışmaq səslərin dinlə. her zadan artıq sevirdi o səsləri. sinəsin qabqq verib, qapını tıqıldadan sonra içəri girdi. kilasın səs- kuv kəsildi. öyrəncilərin hamısı ayaqa qalxdılar. Pəncərə önündə qarar tapan masaya sarı ağır-ağır addımlarkən, o anda şaqirdləri də gözündən suzdurdu hələ ayaq üstə durmuşdular şaqirdlər... birdən neçə ləhzə yerində durdu.sanki ıldırım vurdu onu: beyni qızışdı... kilasın sol tərəfində axır səndəldə heykəlli bir oğlan ayaqa durmamış, oylə sakit oturmuşdur ona zilləndi. Qılıqı sərt və zarafatsızıdı.
- oturun uşaqlar!.... deyib, masası arxasına keçdi...neçə ləhzə boyunda min bir fikir beyninə vurdu... nə üçün o oğlan ayaqa durmadı!... heykəli üçünümüş ? bəlkədə kilasın qulduruydu... bəlkədə tez qəldiqim üçün məni sınamaq istəyirdilər...
və o saai özü də bilmədi nəcür surdu. pəncərəyəmünəkis olmuş otaqın lampası tar görünürdü...
pəncərənin şüşəsi sislənmışdi. hava hələ çiləyirdi... eçikdə daha aydın görünmürdü...
qeri döndü... masanın üstündəki istəkana gözü sataşar kən ürəyinin yanmasın duydu. sürətlə masaya sarı addımladı elə istəkanın gövdəsinə toxunanda onu neçə meddət öncə qadını qətirdiqini xatırladı. Neçə an sskit durdu. bir zad ardıcayıdı... pəncərəyə bir anlıq ışıq qondu... göy gurultusu qalxarkən disqinib özün qəldi. əlini qulaqlarına basdı... ağa icazə... bir səs qulaqlarında partladı...
- yox!... yox!... mən tələsdim... bağışla məni...
- ucadan bağırdı... otaqına ağır sukutu qulaqlarına dolanda pəncərəyə sarı yeridi... nəfəs ağır qəlirdi sinəsindən... pəncərənin sisli şüşəsindən əliilə sildikcə otaqın vəsayilləri bir tablo kimin canlanırdılar
* * *
yenə ayaqa durmayacaq mı !? bu dəfə qalxmazsa dördüncü dəfə dir !...kilasın son saatıdır... alah eləsin qalxsın...
Bu fikirlərlə kilasa girdi. içəri girərkən kilasın son sırasına o oğlanın səndəlinə - zilləndi. ətrafındakilar ayaqa durmuşdular ama o yenə sərt qılıqı ilə oturmuşdur. oğlanın uzunə göz tikdi. lakin onu etinasız gördü... belə nəzərinə gəlirdi ki buna gulur... gözləri qan çanaqına çöndü. bir pınar beynində qaynadı...
Hələ şagirdilər ayaq üstdə durmuşdular. onlar da öyrətmənlərin nüçə anda qılıqı dəyişməsinin seçmişdilər.
Sürətlə oğlana sarı addımladı. Oğlanın üzünə dəyən silləsinin səsi fikirləri ayrı yerdə olan şagirdləridə ona sarı yönətdi...
-sənin düşücən yox durmu heç!?... sənə deməyiblər təkcə öyrətman yox bəlkə özündən böyük hər bir kimsə bir yerə girəndə onun ayaqına durasan...
Adam gərək çolax ola ki öyrətmənin ayaqına qalxmaya... yoxsa heykəlli bədəninə güvənirsə ?...
-öyrətmən ucadan bağırdı indiyəcən heç zaman bir öyrəncilə böylə davranmamışdı. qan çanaqına dönmüş gözlərini onun uzundən çəkirdi...
Ilan tək öz ovun ovusunlamaq istəyirdi...
-ağa icazə!...bizim iki qıçımızda çolaq dır axı !...
Ehtiramla dolu bir səslə, oğlanyacvaş dedi...
Ildırım şidətlə şaxdı... göy guruldadı. yağış şıdırğı yağırdı, sanki anarın gözyaşı ilə islanmış bir təsviri yumaq istəyirdi...
Son