Həmid Arğış
Neçə ləzə idi ki tikanlı məftillər arxasında durmuş , maraqla o taya baxırdı .
Tikanlı məftillərdən neçə metir oyanda , enli çay, özünü sahilin daşlarına çala çala qaranlıqda məhv olurdu .
Neçə qünüdqü bu məntəqəyə əsgər verilmişdi . hələ özünə bir yoldaş tapmamışdı .
Neçə yerdən çayın üstünə körpü salınmışdır . körpülərin ətrafında zəncir , zəncirlərin kinarında silahlı əsgərlər...
Ilıq havada , kinarndaki körpüyə baxdı . iki sahili bir birinə qovuşduran körpü üstə kimsəni görə bilmədi . dərin bir sukutda , suyun şırıltı səsindən , qulaqları qamaşırdı .heç bir umudu yoxudu buraya düşsün ! ölkənin son sərhəddi bilirdi buranı ! dərskil cuğrafi kitablarında belə oxumuşdu . arəşin- yayı və qudrətli qolları neçə ləhzə gözünün önündə dayandı ... şirin bir əfsanə bu...
üzbəüz sahildən sərin bir yel tanış bir mahnı səsini qətirirdi bu taya , sudan , məftillərdən aşa aşa ... uşaqlıqda da be bir mahnını dinləmişdi , anasının və atasının sazının telərindən ... buraya qəlmədən demişdilər : ölkənin sərhədində xidmət etməkə qedirsiz!! Çox ehtiyatlı olmağınız gərək dir ... neçə ləhzə dərin bir uçurum tərkində özünü gördü , ibhamlı səslər içrə... dərindən tövüşdü . əllərinə ətrafa açıb qaranlıqa burnun ətirli havanı dərindən sinəsinə çəkdi . çox tanışıdı bu havanın qoxusu . yungulluk duyurdu özündə ... bir daş götürüb tikanlı məftillər üstündən suya atdı... üzbəüz sakildə çox uzaqlarda , bəzi yerlərdə çıraqlar bınık bınık yanırdılar ... o taydan isə bir daş suya atıldı . diqqət etdi ; onu gördü . özü kimi bir əsgəridi o.əlin tərpətdi buna ! sonra asğ əlin irəli uzatdı . sanki bunla görüşmək istəyirdi ! aralarında enli bir çay olsada əlində bir qızqınlıq və istilik duydu . ürəyi şidətlə döyünməqə baçladı .
axşam yatağa qirəndən, səhərəcən heç yatabilmədi . sanki boğazına bir zad tıxılmışdı . indiyəcən belə bir vəziyətlə qarşılanmamışdı ... sürətlə axan çay, hər iki ölkənin adının bir olduqu , tanış mahnılar və hərzadan artıq tikanlı məftillər onu fikirə salmışdı .