Sümsük İt

 

Həmid Arğış

 

Günəş batı da olan dağların arxasında gizlənməkdə ikən, neçə bulud hərdən günəşin qabaqından keçib çöldə ölü kölqələr törədirdilər.

 

Benəl xalq yolda böyük və kiçik maşınlar sürətlə qəl – qed edirdilər. göyün sol böyri narıncı rəngidi. gahdan sərin yel əsib, çölün qəvən və tikanların oyuna tuturdu.

Yolun qıraqında, böyük bir daçın kinarında bir it uzanmışdı. itin uzandıqı yer, şəhə yaxın bir kəndin torpaq yolu ilə cadənin qovuşacaq yeridi.

 

It, ruziqari kimin qab – qara rənqdə idi. çox arıq və gücsüz nəzərə gəlirdi. sağ qıçı üstə bir yaranın dövrəsinə neçə çibin fırlanır, qahdan da yara üstə qonurdular. it isə quyruqu ilə onları qovurdu. Qanı quruduqu yer neçə günlük bir yara idi.

 

Artıq suru itinə bənzəyən bu itin quyruğu çənbərəli, qulaqları da kəsikidi... indi aralarda qalmış bu it, bir zaman özü görkəm və ötkəmliqə malik idi. qıdası vaqtında hazır olar, vaqtında qedib yuvasında yatardı. ama ruziqarın çox oyunu olar. bu it təzəlikdə sümüksüz it olmuşdu...

 

Bundan öncə, bu yola yaxın bir kəndin çobanının danar itidi. onun işi 200 davardan müğayıt olmaqıdı... bir qecə qurd sürüyə çatır, iki davarı tikə parça eləyir. bu isə çobanın yuxlamasına görə idi. Ama çoban iti suçlayıb, davarların zəngin iyəsinə deyir : “ bu itin davarları qorumaqa bacarıqı yoxdur.” itin gunahı yoxudu. çün 200 davardan muğayıt olmaq 4-5 itin işidi, ama davarların sahabı öz malın təhlukədə gördükdə iti o gün təpiklə eşigə atdı. “ qıroş “ adlanan it neçə il ərbabına vəfalı qalmaqının mukafatın almışdı... it neçə dəfə ərbabının qapısına və surunun dalına getdi, ama hər dəfə neçə söyüş və təpiklə qarşılaşırdı... onun yerinə iki it gətirmişdilər. bəlidi neçə gündən sonra ləyaqətsizliklərin göstərəcəklər. “ qıroş” qovulduqdan sonra daha qalmaqa bir yer tapmadı. küçələr iti olmuşdur. uşaqlar əvəllər biləsindən qorxardılar, ama yavaş – yavaş uzləri açılıb, ona daş atmaqa başlayırdılar. Qıroş əvələrdə hirslənir, hafildayırdı. neçə gün onları qapdı. ama görde bu işi onları qartıq öcəşdirir... daha onların daşlaması qabaqında dinmirdi. neçə gün öncə bir ufacıq uşaq ona bərk icəşərkən onun yanın qapdı. uşaqın anası qəlib ağacla o qədər vurdu ki, iki günə dək yerindən duranmadı... dünən uşaqlar onu daşlayırdılar;qıçı bərk yaralandı... axırda kəndən çıxıb axsaya – axsaya qaçmaqa məcbur qaldı. it məcburudu bər biyabanı bir tikə yəmək üçün dolansın.ama hər öynə ac qalıb, öylə yatırdı...

 

it necə ki yatmışdı. birdən bir maşın səsi yuxusunu pozdu. ət aparan bir kamiyon, itin yanından keçib getdi. itin urnuna ət qoxusu dəyincə can tapdı. tez  ayaqa durub kamiyonun arxasınca qaçmaqa başladı. qıçının ağrısına, inciməsinə baxmayaraq, sürətlə kamiyonun dalınca gedirdi.

 

günəşin son saçaqları gövdəsini artıq arıq göstərirdi.

 

indi bir tidə sümük dalınca qaçan bir zaman 200 ət qaynaqının qorucusu idi. ama ət maşını ılğım hokmundədi.bir göz qırpınmada yox oldu. qıroş qaçmadan dayandı. kamiyon yolunun buruqunda məhv oldu. Geri dönəndə kəndin daş – torpaqlı yolunda tozdan yaranan bir dumanın yaxınlaşmasını gördu. gün batmaqa yönələn saçaqlarında bu tozun nə olduqu bəlli dəyildi. duman yanaşdıqda bir maşın olduqu aydın oldu.

 

it maşını gördükdə ona sarı qaçdı, bəlkə bir zad onlar atalar... bu maşın bir neysan patrolidi ki, adamları dolanmaqdan gəlirdilər.məşın da dörd kişi oturmuşdular. birinin qolaçıq yaşıl paltarı varıdı. qarnı yoğun olan bir kişi qara rənqdə olan bir arxalıq çiyinlərinə atmışdı. başına da ağ bir börk “ hamam buxçasına” oxşayırdı. Sürücünün yanındaki isə gənc qılıqlı bir oğlan oturmuşdur. sürücü isə qara saqqal bir kişi idi. bunun paltarları kirlidi. özüdə üç nifrin tərsinə deyib, gülməkdə iştirak edmirdi.

 

yoğun kişi sürücüyə xitab: “ yavaş ged! istirəm bu itin hesabına yetişəm “ – dedi.

 

yanındaki : “ yazıq dı!... buraxın qedsin !”- dedi.

 

“ yox qoy onu hürüməkdən salım...” gülə - gülə cavab verdi.

 

Üç kişi güldülər. maşın əsli yola çatarkən sürətdən düşdü. it arıq öcəşib maşına sarı qaçdı. indi duz maşının sağ tərəfində qaçırdı... gözləyirdi indidi ki aclıqdan çıxacaq. ama bilmirdi bu birtərəflik al – verin çörəyi olmaz...

 

İt dalı qapının kinarında qaçdıqda, birdən maşın qapısı açıldı. it içəri təpilmək istədi, ama təzə başı qapıdan içəri girmişdi ki, qarnı yoğun kişi qapını kiplədi. itin başı qapı arasınad qaldı.birdən qapı açıldı. it yerə sərildi . itin başı qicəldi. daha dövrəsini aşkar görmürdü. gözləri qaralmışdı. maşın sürətlə uzaqlaşdı. dünya başına fırlanırdı... indi duz yolun ortasında iydi. ama heç yeri görmürdü. tovlana – tovlana yeridi...

 

Birdən bir qaraltının yanaşmasın duydu. O bir yük maşınıdı. ama o tərpənmədən taqətsiz bədəni yük maşınının ağır təkərləri altında qalıb, əzildi və yolun qara təkinə yaxıldı.

 

İndi günəş tamamilə batmışdı