Həmid Arğış
əsgər potunları göbələk kimi bitən bir qanqal üstə qoyuldu. qanqal kolou ağır əsgər potunları altında xırçıldadı.
günəş ofodə başlarını buludlara sürtən dağların arxasında gizlənməkdə ikən, son saçlarını aydın ının önündə ağız açmamış quru çöldən yığırdı... hərdən bir yel əsib, çölün toz torpaqın göyə sovururdu.
aydın, belinə bağlanmış dallıqını bir hərəkətlə belindən aşaqı züyüldətdi. neçə an susuq yerində dayandı : sonra çiynindən aslamış tüfəngin çıxarıb, əsgər şələsi üstə atdı. havanın sərin yeli canına dolanda, gövdəsi qizildədi... əlin cibinə atıb bir sığar çıxartdı. sinama actoru kimi sığarı damağına qoydu. kibritin ilk şoləsin əsən yel söndürdü. lakin ikinci kibrit sığarı alışdırdı... neçə nəfəs sığarı maraqla somurdu...
aydın 30-40 yaşlarında iydi. əynində ki yaşıl paltarları ona artıt otkəmlik verirdi. bığları dolu iydi. üzü gözü gün qabaqında qalmaqdan qaralmışdı. şığıcı quş kimi kiçik gözləri diqqətlə uzaqlara zillənmişdi...
birdən dövrəsinə göz dolandırdı... qeniş bir dərənin ortasında iydi. uzaqlarda gün batan tərəfdən höndür dağlar günəşin binəsi olurdu... dağın yaxınlıqında bitən neçə ağac, kölqələrin dərəyə uzatmışdılar...uzaqlarda, bir təpənin döşündü yerləşən qəsəbənin ışıqları bənək bənək yanırdılar.
aydın neçə ləhzə gözlərin o səmtə zillədi. axırda həsrətlə oradan göz çəkdi... o durduğu yerdən neçə adım o yanda, iki höndür tabıt şəklində olan taxta qutu, üst üstə qoyulmuşdular. tabıt şəklində olan qutular, havanın qara örtüyü altında saf bir qara qarğaya oxşayırdı. zaman ötdükcə çol böcüklərinin səsləri yavaş yavaş ucalırdı.
Aydın külü uzanmış sığarı yerə atıb, ayaqladı. sonra tabıtlara baxdı... birdən baş kamandanın son sözləri qulaqlarında cingildədi :
Bu qecə (( qurda verən )) dağlarının kənarında, tanınmamış bir xəstəlik əsərində iki nəfər ölən tabıtlarının kənarında keşik çəkəcəksən... onları sınaqa çəkmək üçün səhər gəlib hukumut vərindən xarici bir ölkəyə aparacaqlar... onlara yanaşmaq sənə xətərlidir... .
Çöl tikanlarından qurulmuş və alovlanmaqda olan odun ışıqı, tabıtların yanına dək yerdə sürünürdü. tikanlar çırtıldayaraq alışırdılar.
Aydın əlində olan boş lobiya xoşabın qaranlıqa tulladı. qolu ilə ağzını sildi. kənarında yerə düşmüş tüfəngin götürüb qıçları arasına qoydu.
Gecənin sukutunu böcüklərin səsilə gəvənlərin çıt-çıt səsindən savayı başqa bir zad pozmurdu. gecnin sukut və tikrarı səsləri geddikcə aydını fikirə salırdı. qahdan diqqətlə başını dalı çevirirdi. sanki arxadan bir səs duymuş olsun. qahdanda qurda verən dağlarına baxırdı... kənd də çöllər quşu adına almışdı ; ancaq indiyəcən belə bir gizlin qorxu canına düşməmişdi. tüfəngi əlində bərk sıxırdı... dəhşətli fikirləri özündən qovmaq istəsədə, qorxu canından bir an çıxmırdı. birdən önündəki dağlardan bir qurd ulaması qalxdı... qurdun səsi sankı bir xəncər kimi aydının ürəyinə soxuldu. gövdəsi qizildədi. elə o halda o mahal da olan və əski dən qaımış sözlər xususən qurda verən dağların haqqında eşidikləri yadına düşdü. bu aşağı qəsəbədə yaşayan babasından bir gül dağda gördügü sümüklər haqında sormuşdu. o isə ona demişdi : qədim qocqları bu qurda verən dağına qoyub gedərdilər... qurdlar gəlib qocaları didib, yiyərdilər... işdən düşmüş qocaların sonu bu iydi. ona görə bu dağların adı gurda verən dağlar olubdur .
Yenə qurdun səsi qalxdı. onun titrəməqdə olan əlləri tüfəngi möhkəm sıxırdı... birdən tüfəngi qaldırıb namlusunu irəli uzatdı...
Gülənin səsi bir bomba kimi çölün sukutunu yardı... neçə ləhzə ötdü. qurdun səsi kəsildi, sankı qurd bu ətrafda öz səsindən daha gurlu olan bir olmasını anmışdı...
Gün batandan şərqə sarı qedən seyrənənq qedən buludlar,qahdan qulağı düşmüş ayın önündən keçib aydının önündə dəhşətli səhnələr törədirdilər... tikanların alışmasından yerə sərilən odun ışığı getdikcə azalırdı, qaranlıq aydına sarı hucum gətirirdi... qahdan aydının gözləri ixtiyarsızca tabıtlara tərəf süzürdü. Aydına belə qəlirdi ki, tabıtların içində yatan ölülərin ruhları tabıtların arxasında gizlənib onu güdüllər... birdən ay ışıqında tabıtlar üzərində bir dəmir tək cismin parlamasın duydu.
- sankı qıfıldır ! tə`cüblə özünə dedi tabıtlara qıfıl vurarlarmı ? .
Neçə an fikirə daldı :
- bəlkədə istəmillər kimsə onlara baxsın !... ölünün nəyin qizlədillər ?!.
Odun sönməsi fikirini çaşdırdı.... gəvən ilə qanqal yığmaq üçün ayaqa durdu. his edirdi daha bir zaddan qorxmayır. nə tabıtdan, nədə qurda verən dağlarından ! bunun nə üçün olduğunu bilmirdi...
Odu alışdırandan sonra neçə an tabıtlara baxdı. beynində qızğınlıq varıdı... bir zad dümsükləyirdi onu... dur ayaqa ! gör nə var içində !
Axırda :
görüm nə var ?! diyə ayaqa durdu. kölgəsi tabıtların kənarınacan yrrdə sürünürdü. tüfəng əldə, yavaş yavaş tabıtlara yanaşdı.
Qurda verən dağlarından bir qurdun ulaması qalxdı. lakin aydın saymadan öz işindəidi... tabıtların bir addımında dayandı. odun ışıqında tabıtların təzə olduğunu yaxşı başa düşdü. tabıtların bir tərəfinə təzə bir qıfıl vurulmuş dur.
- bunların içində ölü yoxdur... mən əminəm... bizim ölkədə ölüləri bir bir üstə qoymazlar... bəs... nə olar ?!
Dərin bir fikirə daldı. onların içində nə oluğunu təxmin etmək istəyirdi.
- hətmən tüfəng dir... ya... yada tiryəh .
Başın göyə qaldırıb, mırıldadı :
- tiryəh olursa bir kisəsi məni bu durumdan qurtarar... kəndə qayıdar kən
Este`fa verib, kəbinli arvad olmaqdan özümü boşaram !... .
Tüfəngin yerə atdı. üst tabıtı ağır yüngül etmək üçün ona bir zor gəldi :
- yox ! daşilə dolubdur sankı... ölü anlamır bu ağırlıqda olur... düşündü.
Qorxu bitöv canından çıxmışdır. özünü harda olduğunu lap unutmuşdu...hətta gahdan qurdun qalxan səsində saymırdı.
Birdən yerində sakit dayandı.
-axı asla sənə nə ?...-düşündü.
Lakin bu fikir çox sürmədi.içərisində bir zad qaynayırdı:
qıfılı sindir....
Tüfəngini ələ aldı. Nə edəcəyini bilmirdi...neçə an tərpənmədən durdu.odun ışığı azalırdı.birdən tüfəngin namlusunu qıfılla uzatdı.
Barmağı maşa üstə gəzdi.amma hələ maşaya zor gəlmədən:
-güllənin izi qalar!qıılı dağıldar...onda bilərlər tabıtlara mən baş çəkmişəm...düşündü.
Neçə an fikirə daldı...birdən tüfəngin namlusundan tutub əsləhəni göyə qaldırdı. Dibçək qıfıla dəyərkən, qıfıl bir səs verib açıldı...
Ehtiyatla gıfılı çıxardıb yerə goydu. tabıtın ağır və qalın qapısın cox çətinliklə yerindən qaldırdı. başqa tabıtlar xilafına bu tabıt təzə və yağlanmış bir səryiritmə üstə açıldı. ehtiyatla əllərin tabıtın içinə tətrəf uzatdı. əlləri bir zadlara sürtüşdü, dodaqlarına gülüş qondu... ağzı ixtiyarsız açıldı.
- qızıl sikkə ucadan bağırdı.
Sikkələri alt üst edəndə, uzun bir zadlara əlləri toxundu:
- diyəsən aşağı da əsləhə var...
Neçə dəfə sikkələri ovcuna doldurub boşaltdı. o halda düşündü :
- bunların 60-50 dənəsi məni bu didərginlikdən qurtarar. elələyə bilərəm gedib nıgar-ın əlindən yapişam...gör neçə il dir ki,çöl quşu olmuşam...
Neçə an tabıtun içində olan sikkələri zilləndi.qızılların yalnız qaraltıları sezə bilirdi.asta-asta sönməkdə olan oda tərəf getdi...dallığın götürüb tabıtlara sarı döndü...
* * *
Günün istı suaaları gözünün qapaqlarına düşəndə,gözlərin,qırışdırıb açdı.gecədən bir neçə saat gedənə dək sevincdən oyan-buyana eşinəmişdir.
Aydın üstünə çəkdiyi qara əsgər pətisin bir yana atıb yerindən qalxdı. axşam yatmadan öncə qaladığı oddan təkcə ətrafa yayılmış küllər qalmışdı. sol qoluna baxaraq :
- saat 80:10 işləyir... indi harada olsalar gələrlər... .
Tüfəngin götürüb ətrafa baxdı.gözləri tabıtların üstündə dayandı...
- bunları kim aparacaq ? özündən sordu. buna fikir etməmişdi.
Birdən bir dik uçanın ( helikopter) yanaşmaq səsi, qurda verən dağları ardından gulağına dəydi.
- gəldilər... aydın dodaq altı mırıldadı.
Pətisin çantasına bağladı. getməyə hazırıdı. geddikcə dik uçanın səsi ucalırdı. birdən qurda verən dağlarından dik uçanın gövdəsi ayrıldı...
Aydın tabıtlardan uzaqlaşdı. dik uçan geniş dərədə, tabıtlar kənarında yerə yendi. çəlimli, kürd paltarı geymiş bir kişi ondan dışarı çıxdı. hort hort aydının, ordan uzaqlaşmasına işarə etdi.
Aydın dönüb yola düşdü.
_ daha rahat oldum özünə dedi bunlar məni görər....
Aydın sürətlə irəli gedirdi. elə o halda gələcəyə nəqşələr tökürdü...
Birdən neçə qurşun səsi dik uçanın səsində məhv oldu... neçə güllə aydının kürəyi ortasından dəydi. gövdəsi titrədi. tüfəng barmaqları arasından züvüb yerə düşdü. özü isə dizə çökdü, sora üzü üstə yerə sərildi. ağızı açılmış çantanın içindən qızıl sikkələr yerə tökülmüşdülər...
Kürd paltarında olan kişi əlindəki tüfəngi yerə atıb, tabıtların kinarından tapdıqı sikkəni aydının dalıca tuladı... sikkə aydının üzü yanında yerə düşdü... neçə ləhzədən sonra dik uçan göyə qalxdı...
Kürd tapan sikkə tabıtların sikkələrindənidi ki axşam aydın çantasına dolduranda yerə salmış, kürd isə onu tapmışdı
Son