Qızıl Alma

 

Həmid Arğış

 

Ay başın buludların arxasından eşiyə çıxarıb gümüş  saçların kişinin üzünə sərəndə neyin həzin səsi eşidildi. bir qapı səs vermədən açıldı. həmişə həsrətində olan olduğun qızıl almaların biri ağacdan üzüldi. ağacdan ayrılan alma dığırlanıb başı görünən və sakit axan ırmaqın suyuna özünü çatdırdı. əllərimi qabaqa uzatdım. əllərimin boş ayaları gözümə dəydi.

 Kişi neyini dodaqlarından uzaqlatdı... suda üzən alma bir daş kinarında dayandı. kişi yerindən bir az  gımzandı. ona zilləndim mavi bir gülüş kişinin dodaqlarını boyadı. intahası görünməyən bir çəmənlikdə bir qız, qızıl güllərə bənzəyən kiçik güllər içrə üfüqdə qurulmuş çadıra sarı qaçırdı. qız bir lalənin kinarında çömbələndi. əlində bir şiv olan kişi, ney dodaqında, həzin səslər içrə qərq olmuş kən qıza sarı qetdi. uzaqlarda duman içrə çadırın qaraltısı görünürdü. gümüş pul kimi parlayan bir dalğacıq almanı yola saldı. kişi oturdu. hələ nry dodaqının kinarında idi. cibindən bir tikə kağız çıxartdı... məktuba çox bənzəyirdi. yaz rayihəsi verirdi o kağız. həvəslə kağızı açdı... ay qümüş saçların çöldən götürdü. alma hələ dalğalar arasında oynaya – oynaya gəlirdi.

 Kişi : “ olsun bəlkə... “

 Neyin səsi yenidən ucaldı. bcəklər neçə ləhzəidi susmuşdular. bir həzin səs qulağıma dəydi. “ yu...şu...” - tez kəsildi. dalısın tutmadım... daş – qayalar  neyin səsinə üzülürdü. kişi bhir daş üstündə oturdu. axar bir çay daşın çevrəsindən özünə yol açdı... at kişnədi birdən. davar qoxusu burnuma dəydi. kağız su üstündə uzurdu. axar çaya baxdım. alma parlayırdı... bir it hürüməsi qulağıma çatdı. bir az diqqət  etdim. sanki küçədə idi. daha hürümədi... neyin səsi qalxanda at kişinin yanında idi. ayın şuası sızır, vəhşicəsinə çölün ətirli qoxusu ilə göydən yerə tokulurdu. at başın buladı.axar suyu ilədi. neçə dəfə suyun o əl bu əlinə keçdi. birdən güneyə doğru qaçdı. ama birdən dayandı. başın başın göydə sayrışan ulduzlara sarı tutdu. geri döndü. quzeyə sarı qaçdı.sutun şırıltısından kişi özünə qəldi. kağız çox uzaqlanmışdı. ay suda sakit durmuşdu. kişi əllərin suya basanda ay barmaqları arasından qaçdı...sudan qələn almanmı axtardım. yaxınlaşmışdı. həmişə bu ləhzəni gözləyirdim kişinin gözləri almaya sataşanda su dalğalandı. ay sudan eşiyə çıxdı. gözlərim qamaşdı. gəlin paltarında olan bir qadın su üstündə göründü.

 “ çal !... xan “ dedi. neyin səsi göydən yerə uzandı. ixtiyarsızca gülümsədim. Bir həzin səs qulaqıma dəydi. çox yaxınıdı. disginib oyanıram. Ürəyim bətərdən çırpınır. pəncərəmin altından ney səsi qəlirdi...