Həmid Arğış
Xiyavanın başındaki kirli və çirkli paltar geymiş bir arıq,qıssa boylu, qartal burnlu kişi dar bir küçəyə döndüş bozarmış kot və yamaqlı qara şalvarı onun yoxsul olduqunu aydın göstərirdi. Ha belə qırışmış uzu,yaşının əlidən artıq olduqunu bələndirirdi. Başındakı papaqı da özücə əskiliqi varıdı ! bir çiynində çoxlu qədər ipilə bağlanmış ələk,və obiri çiynindən isə neçə qaval aslanmışdı. Çatlı və qırışlanmış ələrində çıçık və lakin gözəl,əlvan muncuqlar və incə həlqələrlə bəzənmiş bir qaval oynadırdı...
Küçəyə daxil olduqda qavalı dınləndirdi. onun barmaqlarının hərəkətilə qaval tərənümə qəlir,həlqələr və muncuqların səsilə bir ürək sevən səs kuçəyə calanırdı. o,qavalın səsilə yanaşı ucadan bağırırdı:
Ay ələk, qöy ələk
Hələ onun küçəyə qəlməsindən çox ötmədən,küçə camahatla doldu. evdən çıxan qavalçıya sarı qedirdi. arvadlar,uşaqlar,evdə qalıb işə gedmiyən kişilər...
Hamı onu tanırdı.o,həmişə ələk,şətərə və qaval satmaqa şəhərin küçələrinin bir çoxuna baş vurardı. 30 iliydi o bu yolları gəlib gedirdi. həta ətraf kəndlərdə isə onu tanıyırdılar və onu görəndə sevinclə qarşılayıb, hər zaman da dəli sov davranışına görə quluncə tutardılar...
Arvadların biri : hey təyarə bir az uç ucadan dedi.
əsli adı qulqm olmaqla belə camahat vərindən təyarə ləqəbilə səslənən ələk,qəlbir satan kişi :
-Ayaqlarım ağrır! Uçamırım.. dedi
Qulam uçmaq istəyən zaman ələrini ətrafə açıb, sürətlə qaçaraq, sağ sola əyrilir qahdanda göyə sıçrayardı...
Uşaqlarının birinin səsi qalxdı:
- niyə bə çalmırsan?! Çal
və təyarə yanımda duran heykəli bir kişi bir qara pul ovucuna qoydu. Təyarə tez pulu kotunun cibinə atdı. sonra arıqlıqdan qirilan barmaqlarını mahir çiliklə qavalın gödəsinə çaldı.
Könülləri oxşayan qavalın səsi küçəyə yayıldı.bə`zi arvad - uşaqlar durduqları yerdə, bə`ziləridə qaş gözlərilə oynayırdılar...
Qavalçı gedən zaman kişilərin biri
Beş tümən verim uçasan! dedi bax !burdan küçənin başına dək.
-axı... ayaqlarım ağrır...uça.. qavalçı etiraza qalxarsada, kişi sözünü kəsdi:
- daha qırcanma !...gəl tut ;
Pulu onun ovcuna basdı.
Təyarə pulu cibinə atdı. belini bərkitdi. ələklərlə qavaları çininə asdı. ələrin açdı.
- qaç! kişi bağırdı.
Sürətlə qabaqa qaçan, gahdan sağa sola təyarənin ardınca camahatın bu alqış sözləri duyulurdu:
- hey təyarə uç...
-artiq atdan... hoy bə niyə hayla?...
- yehin qaç!... sağ ol.
Təyarə camahatın alqışlarını duyduqca yehin qaçmaqa can atırdı.qahdan da göyə atılırdı. ancaq küçənin başına çatıb döngəni dönərkən dayandı...nəfəs kəsilirdi. dərindən tövüşədi neçə dəfə...
Bir az orda dayandıqdan sonra yavaş yavaş atdım atıb yola düşdü. yolda əlindəki qavala özünü yeplikləyirdi... iki küçədən keçib geniş bir küçəyə daxil oldu. Küçənin ortasında çoxlu adam toplanmışdı. onlar, çalıb,oxumaq səsi gələn evin önündə dayanmışdılar.
Camahat arasından bir səs qalxdı:
- hey baxın oraya... təyarə qəlib!...
- niyə çalmırsan?!...toydu. biri dedi.
Və onun ardınca yenə bir səs qalxdı: tez ol
Neçə nəfər ona pul atdılar.
- şən hava çal!... bir oyun havası...azərbaycan havası...
Qurd yemiş dişləri dışarı çıxdı. sürətlə puları yığdı. Qavalı ələrində oynatdı.bir kərədə,qulam ya camahatın sözücə təyarənin sənətkar əlləri qimətləndirib könül oxşayan qavalın səsi küçəyə yayıldı. Təyarə çala çala adım atıb yola düşdü.
Neçə an ötmədən küçə dən dışarı çıxdı lakin hələ çalırı qavalı... hərdən isə başın bulayıdı sevincdən.
Başqa bir dar küçəyə girdi. Küçənin o biri başında çolu adam toplanmışdı.
yenə elə bil pul-mul qismət olacaq... bazar xoşdur.
Qulam bu fikirilə camahata yanaşdıqca, barmaqların daha zərbəli qavalın gövdəsinə çalırdı. Qavalın şən və oynaq havası bir küçə oyanacan da gedirdi.təyarə onlara çatdıqda, hamını sakid və qanlı gözlərlə buna hort hort baxdıqlarını gördü... onun dövrəsini hirsli və sinirli qılıqlar almışdılar. Birdən camahat arasından cinqiltili bir səs qalxdı: boğun o qudurqan o hərəmzadənin səsini... və o səsin dalıca neçə nəfər camahatdan ayrılıb, ona sarı yumuldular. Hələ qulam dayanıb ya qaçmaqa qararına varmamışdır ki, qavalın yırtılmaq səsi onu özünə gətirdi...
Yumulanların birinin yumuruğu qavala dəyib onu yıtmışdır. Durumu hələ qavrayanmamış təyarənin sinəsinə bir yumuruq dəydi.onun ardıca qarnından tutan təpik onu dalı aşırdı.neçə təpik-yumuruq başından və bədənindən tutdu : torpaqın içində eşindirdi ağrından...
Bir səs daldan qalxdı :
ytər daha ədəb oldu. Yadında qalar olu məclisində qaval çalıb oynaqlamazlar !
Yumulanlar geri oturdular. Təyarə çox çətinliklə özünü yerdən qovzayıb, ayaqa durub... dunya başına fırlandı... yalnız bir addım ata bildi. qıçı qavaların ipinə iləşib başı üstdə yerə getdi. Cibinə tökdügü pular üstünə düşdü.
O tərpənməyirdi. Nəfəs də almırdı... qulam ya qanadları sınmış təyarə onların təpik və yumuruqları altında ölmüşdür