Jəhənnəm İliyi

Həmid Arğış

 

Kimsə “ onu “ satmışdı ki, yazın ilk günlərində, ətirli və su pərdəsindən yaranan bir könül oxşyan  havada qamarlandı...

Qözlərini önündə qara və ulu kölqələr çaxnaşırdılar. ağzında acı bir ağrını sızırdı... ürəyi şidətlə çırpınmaqa başlamışdı . damarlarıbda ki axan qanlar dalqalanırdı. qövdəsinin key olmaqını duyurdu . tövüşməyə düşmüşdü . dərin və agir bir boşluqda görürdü özünü... qulaqlarında bagrıltı səsləri məhv olurdu ...

diyəcəyəm ... hərnə istəsəz...

öz bağrıntısından daşlandı. indi kamil ayılmışdı. Otağın ortasında idi , yataqda... neçə an heyranlıqla öz ətrafına baxdı. Otaqın tavanından qaranlıq yağırdı... açıq pəncərədən gümüş saçaqlı ayı axtarmaqa tərpəndi. qara buludlar ayı boğmuşdular... otaqın dərinn sukutu sancırdı qulaqların . yanında yatan qadına baxdı, onun çılqın baxışlarına ...

 

yadıma gəlmir... yadıma gəlmir nələr demişəm.... heç yadıma qəlmir nələr başıma gətirdilər ...

“sən ki”... qadın bir boğultu səslə bir zad demək istəsədə:

 “ dinmə... bir zad demə “ –onun sözünü kəsdi – hətmən yenə istəyirsən diyəsən çox fikir eləmə ... onlar insan yox heyvandılar... hər zad dücələcək ...”

Yox! ...bu dəfə başqa bir söz demək istəyirəm ...” qadın bir tutqun bir səslə dedi. Içərisin yandıran sözləri dışarı tokmədən utanırdı... üç ay ıdı ki onun bu davranışına özün adət merə bilməmişdi. o gecələr nüxtəlif durumlarda yuxudan daşlanırdı ... qan tər işində , heyranlıqda ...san ki dərin huşsuzluqdan ayılıbdı . qahdan da onun yerini batırmış görürdü.

Pəncərədən əsən yel pərdəni  xış -xışa saldı hələ dərin bir boşluqda çabalırdı. Qadın isə dərin bir narahatlıqda , sukutda , qadın onun bu anormal işlərininə nə səbəb olduğunu düşünmürdü. Başına nə qəldiyini ondan soruşanda , dərin bir boş uçurumda tapırdu onu ! qaranlıq bir otaq ... bədəninin heç yerində yara ya əzilmə izi tapmamışdı . gahdan düşünürdü: “ qorxudublar...yada...!” burda qorxudur ...”hətmən beynini yuyublar “  bu barədə çox qorxulu zadlar eşidmişdi.

*      *      *

Yenə bir dərin qaranlıq uçurumda çabalirdı... qadın sukutu pozdu, axırda:

yadındamı bir gün dedin şerlərimlə milətimizin düşmənlərinə od yagdıram?  

onun rəngi olulər kimi idi. yenə qan tərin içində iydi. keçən gecelər o ayılmamışdı, qadın düşünürdü yenə her zad ilk seri kimi olmaqdadır... aman yenə bu gecə ... bir bağrıltı ilə ayılmışdı ... qız çağından onun şerlərini diqətlə oxuyardı. Elə onunu onla tanış edən dilsiz abcaq söxlü şerləridi. O şrlərində inamlı və yuksək ruhlu bir şair kimi yaranırdı ...

 

indi isə qadın şerlərdən açmaqla onu umud mermək  istəyirdi ...

- “şerlərim... şerlərim şerlər...” bir bomba beynində beynində partladı. gövdəsində aydın bir titrətmə gondu. Sanki gövdəsinə bərq yapışdırmışlar . titrədikcə uçurumlara dolu qaranlıqları qeri çəkdilər zehnindən... ağ bir otaq... acı bir iynə ...

Sən siz ağlayan qadın neçə ləhzə ona baxdı. onun səsində qizli bir inam duydu . ayaqa durdu su gətirsin ... boğazından içəri axan su , içəri alovun söndürə - söndürə  mədəsinə doldu. hələdə yanqılıq duyurdu . yenə su içdi ... pəncərəyə qonan buludlar ayın önündən yavaş – yavaş qeri çəkildilər ... yenə əzbər olduqu təhlükəli şeyirlər zehnində iydi... zehninə qonqn tozlar indicə kamilcə silinmişdi... axşam üstü iydi. Çalışdıqı tukanınn qapısın bağlayıb evə sarı qedirdi ... yenicə çapa verdiqi şeyir kitabı çoxlarının məzacına xoş düşməmişdi . biri tilfun dalında demişdi: şeyirlərində çoxlu zadlara sataşırsan; bu şeyirlər başını uduzacaq ! bu isə qulub yalnızca: “ mən şairsəm milətimin söylər dili olmayım “ demişdi ...

əlindəki siqaranı xiyavanın quru arxına atdı... maşın dalıca iydi, evə qetməq üçün... bir anda önündə bir ağ maşın dayandı. hələ əlini cibindən çıxartmadan, bir quş kimi yerdən qalxıb, özünü maşının içində gördu ... qollarından yapışan sərt əllər , tərpənmə gücünü almışdılar ondan...  gözlərinə bağlanan qara parça sancırdı gözlərini ... gözləri açılanda özünü qəfəs kimi bir otaq da gördü. qara bir üstəl üstə bağlanmışdı , əllərindən , qollarından . neçə ləhzə ətrafına baxdı neçə kölqəni mat bir şüşə arxasından seçə bilirdi ... ətraflardan qələn qeyreadi və vəhşi ağırtılar səsi , qorxu salmışdı canına . önündə ki masa üstündən uzunə şaxan közərmə lampanın ışıqı qamaşdırırdı gözlərini . sol qoluna sarı baxdı , qolundaki saatı işləmirdi ... qıçları neçə müdətidi qaşınmaqa başlamışdı . o anda haziridi hər nəyin versin , ancaq bir dəfə özünü qaşısın . dizləri alışırdı . sanki od tutmuşdular onlara ... indi bədəninin tamam yerləri qaşınırdı. ətrafındaki boğuntulu və anlaşılmaz səslər onu daha vəhşətə salmışdı. Gözlərin vəhşicə saxan lampanın ışıqı söksədə , onları açıq saxlamaqa çalışırdı . ətrafındakı vız –vız səsləri ucalırdı . dərin bir çılqınlıqda özünü his edirdi ... başı üstə birini gördü uzu görünmürdü . başı lampanın ışıqı arxasında qaranlıqda idi . birdən sağ qolunda acı bir ağrını sızdı: “ indi qıfılanmış diliz açılar... cəhənəm iliyi açarıdı ...” nəfəsin duydu üzündə ... gözləri saf və şüşə kimi saf və ehsassızıdı.

bir qizlin qorxu canına doldu. Səsi qurudu . neçə ləhzə çalışdı özünü itirməsin . lakin damarlarında qan yerində dağ qurşun dolanmasını birdən his etdi. əlləri keyləşirdi, barmaqların tərpədməyə çalışdı . tərpəntilərin duymadı . gözlərinin dərisi çəkilirdi, bir kimsə maqqac ilə çəkirdi sanki... dişləri qıfılandı. nəfəs almaq ona yavaş – yavaş çətinləşirdi . nə üçün o duruma düşdügündən xəbərsizidi. öz viqar və durumun saxlamaqa çalışdı. Səhən dağı gözü önündəidi . bəz qalası dumanda; babək atlıları ilə məhv olurdu uzaqda ... bir qalın çən , dağı bürüyürdü ... neçə ləhzə iydi addi durumdan çıxmışdı. sudan dışarı düşmüş balıq kimi yer – göyə atılırdı .otağın sərt havasında , havasızlıqdan boğulurdu. dərindən dərindən tövüşüyürdü , dalbadal. Ağır gələn nəfəsi , boğazından xırıltı səslə eşigə çıxırdı ... yavaş –yavaş üzü qaralırdı... boğazını sıxırdı bir kimsə sanki... gözləri çanaqından eşiyə çıxmışdı... neçə anıdı nəfəs alması duyulmurdu ...

 

qadın, onun hər an qlıqının dəyişməsin görəndə axır da:

-“ nə oldu sənə ?!” – diyə soruşdu – “ qorxub san mı?

Başın buladı.

-o ləhzələri bir dəfə də yaşamaq istəmirəm... bilmirsən o ağ otaqda huşun başına gələndə, min dəfə arzı edirsən ... nə istəyirlər verim ancaq məni burxsınlar...bir dəfə də o cəhənnəm iliyin təcrübə etməyim...”

- “ hankısı... ağ otaq ... nə cəhənəmi?! “ təəcübləö soruşdu.

-“ burax!... çox dəhşətli dir... diyə bilmərəm ...”

- “ döyürdülər mi səni ?”

- “ kaş döyərdilər ... bax iki yol aytrımında qalmışam ... bilmirəm nə edəm ?! “

Qadın gözlərinə baxdı . neçə ləhzə sukut yarı qaranlıq otağa hakim oldu .

 -mən  sənin şeyirlərinə inanıram ... onlara olan mənalara da ... hətmən millət də sənə inanır ... bir gün bu ölkə sənə güvənəcək ... “

- “ bilmirəm ... bilmirəm nə edim ...”

 

*        *          *

ədəbiyat və incə sənət məclislərində yeni bir kitab dan söz- söhbət qedirdi . hamı o kitab haqında qızqın bəhs lər edirdi. özəliklə onun bir şeri haqında ətraflı bəhs lər olunurdu . hamı o şeri cisarətli və təhlükəli bilirdi ... o şerin adı “ cəhənəm iliyi “ idi.