Həmid Arğış
Hər gün səhər gün doğmadan çörək alamaq üçün evdən dışarı çıxardım.
O, almış yetmiş yaşlarında, beli bukulmuş, başının tam tükləri ağarmış bir kişidi. bir əsaya söykənmişkən, hər gün mənim gəlməqimi gözlərdi. o deyirdi : indi gecələri yata bilmirəm... aman bu qocalıqdan !... elə ona görə çörək almaq bahanasıyla evdən eşigə çıxıram... ölümü gözləməkdən də daha cana doymuşam...
Mən onunla çörəkxana da atış olmuşdum. nöbəmiz çatanacan hər bacadan danışardıq... təcrübəli olduqu üçün söz söhbətin çoxunu o edərdi...
O gün səhər məni görübkən:- axşam fikir edirdim bu gün sənə nə tərif edəm! dedi indi tapmışam nədən sənə söz açam -... düzdür bir az inanılmaz dır, ama sən inan hamısı doğrudur... sən də çalış öylə olasan...
Siğar eşmək üçün çörək xana önündə olan ağaca dayandı. mən də kənakənarında durub onun işinə göz tikdim. adə`tetmişdi söhbət etmədən bir siğar eşərdi.
- fikir edirəm 20-21 yaşım varıdı. azərbaycan demokrat firqəsi təzə işdən salınmışdı. gənc şahın qudurqan zamanlarıdı. tut ha tutuydu. məni bir bahana üzərə tutdular. onlar məni bir şeyir məclisində şeyir oxuyarkən qamarladılar. dörd il həbsə məhküm oldum. dedilər : günahın bu dur ki, pul alıbsan moğol, tatar dilində şeyir yazasan. siz başqalarnı müstəqil hükümət qurmaqa təhrik edirsiniz ! ... ama mən nəqədər ana dilimdə yazmışam desəm də kimsənin qulağına qirmədi.
Siğarın kağazın dililə yaşladı... mən onun şair olduğunu indiyəcən bilməmişdim...
Siğarını çobuğuna taxıb, yaxdı. mohkəm somurandan sonra sözünə belə davam verdi :
Mənim dustaq olduqum yerdə iki nəfər də varıdı... daha doğrusu bir nəfər də varıdı, ama oranın ağır şərayitinə dayananmamış və damarın vurub, intihar etmişdi... orda olanların biri 25-20 yaşında ikən arıq, rəngi solmuş, eybəcər və səfeh bir oğlanıdı. dustaqda hamı onu dəli məmməd səsləyirdilər. o qahdan heç bir dəlil və səbəb üzərə çığır bağır salır, zindanı başına alırdı. bə`ziləri onu bir məhələnin baş fədayisi bilirdilər... o zaman fədayiləri tutsaydılar məhkəməsiz edam hökmünü verib, dara çəkərdilər... bə`ziləri deyirdilər bir qız üstə jandarmanı öldürüb... bə`ziləri isə deyirdilər bir xanım öldürəndən sonra qaçanda jandarmalarla uğraşıb, ama jandarmalar onun başından tüfəng qundaqı ilə vurublar səfeh olub... mən özüm neçə dəfə onunla danışmaq istədim ama hər dəfə çığır bağırdan sanayı başqa bir cavab ala bilmədim... bunu da deyim ki, dustaqda kimsəyə güvənmək olmazdı. hamı zindan rəisini casuslarından qorxurdular. həyətdə də arxamca eşidirdim ki, deyirlər : bu da casus dur .
Dəli məmməd çığır bağır salan dəlilərdən olsaydı da , xətərsizidi . kimsəyə ilişməzdi. qahdan elə sakit oturub bir nüqtəyə zillənərdi ki, ona dəli demək olmazdı... bir nəfərdə varıdı ki, 60-55 yaşlarında iydi. o məşhur aşıq vəli idi. yaşına baxmayaraq diri başlı və bədəni doludu. ona demişdilər : əgər şaha mədh yazıb oxuyasan, səni buraxacayıq .onu da mənim kimi ertekab corm halında tutmuşdular ... axı xuxusi bir cənubi güney azərbaycan milli mahnısın oxuyurdu... ona bir gün dedim : aşıq vəli gəbul edəcəksən mi ?. əvvəl təkcə gülümsədi. ama birdən vulkan kimi partladı : deyirdilər seyirlərində azərbaycanı öyməkdən əlavə şahe mərdan dan oxumursan... biz bu mərdanı arşivlərimizdə tapanmaqıq... əgər şahe ariya mehrdən oxuyasan heç bir söz sormadan səni sərbəst buraxacayıq . sonra fikirə daldı... dəli məmməd də bir tərəfdə barmaqları ilə oynayırdı.
Mən :
- onlara axı nə cavab verəcəksən ? deyib soruşanda, iti baxışlarımı üzümə tikdi. şübhəsiz məni casus bilirdi... gülümsədi. sonra yalnız : azadlıq böyük ne`mətdir bir quş da azadolmaqı da sevir... ha qala insan oğlu insana!.- dedi.
Mən hələ onun sözün qavrayanmamışdım ki, dəli məmməd yenə hay kuv salmaqa başladı.
* * *
Gün ortaya az qalırdı. gün doğmadan hamını dustaqın həyətinə toplamışdılar. orada hər cürə adam tapılardı. oğru,qatil,piçaq çəkən, lat, siyasi şəxslər...
O qalabalıq da dəli məmməd məndən neçə nəfər o yanda durmuşdu. o səndəl üstə çıxmış aşıq vəli yə zol zol baxırdı. bir an olsada, gözləri ondan çəkmirdi. həyətin bir tərəfində zindan başcıları, ha belə şah vərindən gələn özəl mə`murlar təmiz səndələr üstündə oturmuşlar.
Duvarlar başında neçə müsələh əsgər o yan buyana gedirdilər... zindan rəisi xeylək şaha mədh edəndən sonra dedi : - burda olan (( aşıq vəli )) şaha bir tərif qoşub,ki indi oxuyur... sizi də bura toplamışıq biləsiz ki, şahı aşıqlar da öyür, ona tə`rif namələr yazırlar...
Sonra üzünü aşıq vəliyə sarı tutub :
- ucadan oxu... dedi.
Aşıq vəli neçə an dustaqlara baxdı. neçə nəfər yerlərində qımıldaşırdılar. bir iki nəfər də utan düş aşağı ! , aşıqların abırın aparma dedilər. axır da aşıq vəli dərindən bir nəfəs çəkdi :
biz dünyanın qorxu bilməz bir qəhrimam eliyik
Alovlardan yaranılmış azərbaycan eliyik...
Səsi uca və ürəkə yatanıdı. kimsədən səs çıxmırdı. hamı aşıq vəlinin ağızına baxırdı...
yurdumuzu yaşadacaq adımızla sanımız
Tarixlərin zinətidir, şöhrətimiz şanımız...
Hindustan dağlarından möhkəmdir imanımız...
Onun sehirli səsi neçə ləhzə hamını əfsun etdi...ancaq hamıdan əvvəl zindan rə`isi yerindən sıçradı... qılıqı pozulmuşdur. mırtıldanaraq sağ əli kəmərindəki topancaya tərəf getdi...
Neçə ləhzə aşıq vəlinin səsi ona sarı açılan gurşun səsi arasında məhv oldu. sinəsindən şoruldayan qan, paltarlarını boyadı... aşıq vəlinin səsi kəsilirdi...
biz dünyanın qorxu bilməz eliyik
Alovlardan yaranılmış azərba...yca...n eli...yik...
Hələ onun səsi kamil kəsilməmiş, özü isə səndəlin üstündən aşaqı aşmamışdı ki, birdən bir cingiltili səs, qalan hisəsindən oxudu...
Biz bir elik goy bilsin andımız dır sözümüz
Xayinlərə mərhəmətlə baxa bilməz gözümüz
Dustaqlarında səsi ucalırdı, hamı o şeyiri oxurdu...o cinguiltili səs dəli məmmədin səsidi...