Həmid Arğış
otağın bir bucaqında dizlərimi qucaqlayıb, oturmuşdum, özümləş sukut hər yanı bürümüşdü gözlərim hərdən ixtiyarsız ətrafa dolanırdı sanki bir zad axtarırıdı hərdən sərin bir yel əsir, pncərənin pərdəsin tərpədirş.. qahdanda gözlərim yumulurduş.. birdən, anamın dur gəl balam səsin duyduqda yerrimdən daşlanandımş səsi həyətdən qəlirdiş ələrimi duvara sürtə - sürtə ayaqa qalxdımş həyətə çıxanda, anamı pəncərədən bir az aralı dayanmış, məni gözlədikdə buldum.
Anam məni görüncə :
- qəl balam ayaqla ! dedi lap ayaqdan düşdümş xəmiri mən qatıb qurtardımş indi sən xəmiri ayaqla goy xəmir qəlsinş..
- bir belə xəmiri ?! tə`cüblə soruşdumş
Anam yerə salınmış örtüyün üstündəki xəmirə baxıb :
- dörd çanaqdış.. dediş
Niyə bu qədər ?! məgər istiyirsən kənd əhlinə çörək yapasan ? mənim etirazıma qarşı gülümsədi :
- kənd əhlinə çörək yapma istəmirəmş indi bahalıq zamanıdır, az qalır o qədim qıtlıqıda keçsinş.. bu xəmiri əriştə üçün tutmuşamş
-əriştə ?!
- hən kəndlinin yeməyi qışda ya yarma olar ya da əriştə, bizim o qədər qəlirimiz yoxdu ki dügü müyü alaq qışa saxlayaqş..
- əriştəyə də çox dəyil ?! bu xəmirin xeylək çörəyi çıxarş
- tənbəl olmaş.. tez ol qəl ayaqlaş..
Pillələri yenib həyətə getdimş anam xəmirin üstünə başqa bir örtük çəkdiş mənə tabşırdı :
Tez ol bir azdan payız xala qəlib kəsəcəkş
Payız xalanin adı qələndə ixtiyarsız gülümsədimş anam:
- niyə gülürsən ?! məgər payız xalanın nəyidi ? diyə sorduş
- heç zadış.. bir söz yadıma düşdüş..
- nəmənə ?
- bir gün küçədə küş oynayırdıqş.. onda bilmirəm kim ölmüşdüş arvadlar yasa qedirdilərş payız xala da hələ qəlməmişdiş tərlan xanımla gülgəz xanım, payız xalanın gəlməyini gözləyirdilərş birdən xəzan xanım qapılarından küçəyə çıxdış oda yasa gedirdiş tərlan xala ucadan səslədi : ay payız tez ol qəl !xəzan qəldi...
Tərlan xanımın sözündən uşaqlar gülməyə başladılarş.. indi də payız xalanın adı qələndə o ləhzə yadıma düşdü...
- yazıq xəzan öldü qetdiş.. dərindən bir ah çəkib ;
- yaxşı adamlar elə tez ölələrş..- dedi:
Anam bir az susduş.. sonra birdən dedi :
- o bu dünyada kimsəsizidiş deyillər təkcə bir oğlu varıdı ki, o da demokratıdış onu təbrizdə tutub dara çəkmişdilərş.. yazıq öləndə təkimişş.. kimsəsi bası üstə yoxuduş öləndən bir iki gün sonra ölümünü bildikş..
Anamın gözləri dolmuş səsi kallamışdış anam bu sözləri deyib otağa qetdiş sanki istəmirdi göz yaşlarını görəmş
Mən dinməz eləməz lepiklərimi çıxardıb, ayaqlamaqa başladımş.. xeylək ayaqladımş qahdan xəmiri çevirib, yenə də ayaqlayırdımş.. ana da hərdən pəncərədən boylanıb mənə baxırdı...
Küçədə oynayan uçaqların səs küvləri həyətə qəlirdiş.. uşaqlar çilik dəstə oynayırdılarş..
Birdən həyətin taxta qapısı cırıldayıb, açıldış payız xala çadırasın yığışdıra yığışdıra içəri qirdiş.. payız xalanın atmış yaçı olardış başının tükləri tam ağarmışdışalın və üzünə zaman qırışları qonmuşdurş
Payız xala salam verib halımı sordu :
-necə sən bala?!
- sağ ol payız xala ! yaxşıyamş
Xəstəlikdən inləyə -inləyə irəli qəldiş xəmirin yanına çömbələndiş arıq əlin xəmirə basdış
- bir azda yaqlasan yaxşı olar dediş
Anam pəncərədən eşiyə boylandı. Payız xalanı otağa çağırdı :
- içəri qəl payız xala ! sənə zəncəfil çayı dəmnəmişəmş
Payız xala zəncəfil çayın çox sevərdiş çayı zəncəfilısiz içməzidiş.. o deyirdi:
Zəncəfil adamı sağ saxlar, sarımsaq kimi adama çox xeyiri varş.. payız xala pillələri yvaş yavaş çıxıb içəri getdiş mən isə xəmiri ayaqlamaqa başladımş xəmir ayaqlarımın altında əzilib, ətrafa yayılırdış..
Birdən xəmirdən qıçıma bir zad batdış ürəyim göynədiş.. ucadan inlədimş..
Inləməklə özümə qəldimş.. həyətin ortasında iydimş həyətə haçan qəldiqimi xztırlamırdımş dövrəmə baxdımş kimsə yoxuduş sızıldayan yalın ayaqımı qovzayıb, altına baxdımş kiçik bir daş dabanıma batmışdış hər yer dakitidiş uşaqların oynamaq səsləri kəsilmişdiş sanki zaman yetim qalmışdış pəncərəyə tərəf döndümş açıq idiş sukut pəncərədən eşiqə suzduş bir şey itirmişlər kimi ağrını unudub o tərəfə qaçdımş.. boulanıb içəri baxdımş anam yoxuduş payız xala da yoxuduş.. zəncəfil onları saxlayanmamışdış.. gözlərim ixtiyarsız otağın dövrəsinə dolandış axırda otaqın taxcasında dayandış anamın əkizi taqçadaidiş dodaqları tərpənmədən o möhnət çəkmiş gözlərilə sanki mənə gülürdüş.. göz yaşı ana oxşaması istəyən yanaqlarıma axdı... pəncərənin herəsinə söykənib, ixtiyarsız oxudum :
gözümün nuru, canım ana !
Böyütdün sən məni yana- yana
Odlu dan günəş kimi
Bir qaynar həyat kimi
Borcluyam mən sənə
Sənə bir ovlad kimiş..
Son